“Azərbaycanda fanat yoxdur, bu, birmənalı belədir. Ancaq teatra tamaşaçı axını güclənib”.
Bunu Teleqraf.com-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimov deyib.
Televiziyanın, serialların aktyorlara populyarlıq gətirdiyi fikrində olan Elnur bildirib ki, teatr aktyorunun efirdə görünməsi teatra da xeyirdir: “Bizim teatrda çox professional aktyorlar çalışır, onları müxtəlif seriallarda görə bilərsiniz. Son zamanlar uşaqların, gənclərin teatra gəlişi çoxalıb. Çünki biz ordayıq, bizi görmək istəyirlər... Gəlirlər, bizimlə görüşürlər və çox sevinirlər.
Azərbaycanda fanat yoxdur. Sadəcə, oynadığımız rolları bəyənirlər. Ona görə gəlirlər, baxırlar. Valideynlər etiraf edirlər ki, uşaqlar sizi görmək üçün gəlirlər.
O uşaqlar düz yoldadırlar, onlar mütləq teatra gəlməlidirlər. Əgər biz onları başlı-başına buraxsaq çayxanalarda vaxt keçirəcək, yaxud başqa lazım olmayan işlərlə məşğul olacaqlar”.
Nərmin