16 İyun 2016 12:58
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzları məşhurlaşmadan öncə hansi işlərlə məşğul olublar. Bu yöndə araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb.

Teleqraf.com xarici mətbuata istinadən həmin faktları təqdim edir:

1.Beyons:

Müğənniliyə başlamazdan əvvəl pul qazanmaq üçün anasının gözəllik salonunda xadimə kimi çalışıb.

2. Madonna:

Popun kraliçası müğənni olmazdan əvvəl “Times Meydanı”nda mağazada satıcı işləyib.

3. Nikol Kidman:

“Oskar” ödüllü aktrisa ailəsinə kömək etmək üçün Avstraliyada masaj xidməti göstərib.

4. Matthew Mcconaughey:

"The True Detective" filminin ulduzu aktyor olmadan öncə bankda işləyib.

5. Culiya Roberts:

Aktrisa tanınmış ulduz olmadan öncə dondurma satıb.

6. Bred Pitt:

Bred Pitt Hollivudun ən tanınmış aktyoru olmazdan öncə restoranda toyuq kostyumu geyinərək insanları əyləndirib.

7. Conni Depp:

Aktyor pul qazanmaq üçün telefon jetonu satıb.

8. Corc Kluni:

“Oskar”'lı bir aktyor olmazdan əvvəl ticarətlə məşğul olub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər