20 İyun 2016 14:36
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən teatrlara getmirəm. Gedib tamaşaya baxsam, gərək fikrimi deyib, münasibətimi bildirim. Sözün düzünü də deyib hamı ilə düşmən olacam”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. Heç vaxt teatrda rol oynamadığını deyən aktyor bunu qismətlə əlaqələndirir: “Sənət fəaliyyətimə kino ilə başladım. Bir dəfə çəkiləndən sonra başqa filmlərdən, hətta xarici ölkələrin studiyalardan filmə çəkilmək təklifi aldım. Çəkildim və bir də baxdım ki, illər ötüb. Bu qədər ildən sonra teatrda işləməyə başlamaq insana qəribə gəlir.

Mənə həmişə deyirlər ki, teatrda yaxşı Otello, Vaqif oynaya bilərəm. Amma bilmirlər ki, mən teatrda Otellonu yox, Yaqonu, Vaqifi yox Qacarı oynamaq istəyirəm.

Hesab edirəm ki, normal aktyor teatrda işləməlidir və imkanı olanda kinoya çəkilməlidir. Amma normal teatrda... Bizim teatrda yox. Bizim teatrda sənət yoxdur. O tamaşa ki, təqdim olunur, onu heç kim müzakirə etmir, o tamaşadan çıxan tamaşaçının yadında heç nə qalmır, bunun adı tamaşa deyil”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər