Müğənni Günay İbrahimli yeni mahnısını təqdim edib.
Teleqraf.com xəbər verir ki, “Biri var orda” adlı mahnının sözləri və musiqisi Zülfi Bədəlova məxsusdur. Aranjimanı Elvin Musayevə məxsus olan musiqi parçası sənətçinin Youtube-da yayımlanıb.
“Yenə komandamla bir araya gəldik. Mahnı əsl yay ab-havasına uyğundur. Seviləcəyinə inanıram. Çəkilişdə saç düzünüözüm etmişəm, dörd geyimdən istifadə olunub. Yeni fotosessiyamı da sevənlərimə təqdim edirəm. Fotoların müəllifi Fərhad Əhmədovdur” deyə Günay İbrahimli qeyd edib.
Rəqsanə