24 İyun 2016 13:15
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova teatrdan çıxıb, yenidən geri qayıtması ilə bağlı söz-söhbətlərə birdəfəlik son qoyub.

Teleqraf.com xəbər verir ki, aktrisa son günlər yaşanan olaylara, anlaşılmazlıqlara feysbuk statusunda aydınlıq gətirib:

“Əzizlərim, dəstəyinizə görə çox sağ olun. Bu yaşımda bu qədər hörmət qazanmaq doğurdan da mənim üçün qürurvericidir. Amma nəzərinizə çatdırım ki, səhv başa düşmüsünüz, mən teatrdan çıxıb, sonra da qayıtmamışam. Teatrdan rəsmən çıxsaydım, heç vaxt çıxdığım müəssisəyə qayıtmazdım.

Getdiyim yerə heç vaxt qayıtmaram, məni tanıyanlar bunu çox gözəl bilir. Müəyyən səbəblərə görə teatrdan çıxmaq istədim, amma sağ olsun rəhbərlik və üç yaxın insan əllərindən gələni elədilər ki, anlaşılmazlıqlar aradan götürülsün.

Ayağımın altını qazan, sənə isə demək istəyirəm ki, səbrli ol, hər şeyin vaxtı var, borclu borclunun sağlığını istər”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər