Tanınmış aparıcı Ece Erken keçmiş həyat yoldaşı Sərkan Uçarı yenidən məhkəməyə verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ece Erkenin məhkəməyə müraciət etməsinə səbəb Sərkan Uçarın oğluna laqeyd münasibət göstərməsi olub. Aparıcı “İstanbul Ailə Məhkəməsi”ndə uşağının atası ilə görüşməsi haqqında verilən qərara yenidən baxılmasını istəyib.
Ece Erkenin vəkili cütlüyün oğlu Eymənin üç yaşına qədər deyil, uzun müddət atasının yanında qalmaması üçün məhkəməyə müraciət etdiklərini açıqlayıb.
Rəqsanə