Bu gün “Mister Happy” ləqəbli gənc müğənni Səid İsmayılzadənin ilk klipinin təqdimatı olub.
Teleqraf.com xəbər verir ki, “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsindən sonra tanının müğənninin sözləri və musiqisi müğənninin özü yazıb.
“Nəfəs al” adlı mahnıya klipi “Ronion Agency” çəkib. Təqdimat mərasimində bəstəkar Vüqar Camalzadə gənc ifaçıya uğurlar arzulayıb.
Tədbirdə öncə klip nümayiş olunub. Daha sonra müğənni “Mister Happy” ləqəbi götürməsindən də danışıb: “İnsanların öz fikirləri, ətraf aləmlə, təbiətlə vəhdətdə olması çox önəmlidir. Mən də belə qərara gəldim ki, özümə məhz bu ləqəbi götürüm”.
Qara çalma geyinən Səid İsmayılzadə deyib ki, bu imic onun üçün daha yaxşıdır: "Səhnə fərqlənməyi sevir. Mən həm ifamla, həm də imicimlə seçilməyə çalışacağam".