Nəsrin Cavadzadə hücuma məruz qalıb
Türkiyədə yaşayan, hazırda ABŞ-da istirahət edən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin “İnstaqram” hesabı hakerlərin hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə şəxsi tivitter hesabında yazıb:
“İnstaqram hesabım hakerlər tərəfindən bağlanıb. Hesabı geri alan zaman görüşərik. Hamınıza sevgilər”.
Aktrisanın ABŞ polisləri ilə çəkdirdiyi foto Türkiyədə birmənalı qarşılanmayıb. Mətbuat və sosial şəbəkə izləyiciləri Gəzi hadisələrində türk polislərini daşa tutan aktrisanı ikiüzlülükdə ittiham edib, vətən xaini adlandırıblar.
Pərvin