Dünyaca məşhur sənətçilər evləri, malikanələri, maşınları, zinət əşyaları və gündəlik həyat tərzi ilə daim gündəmdədirlər.
Teleqraf.com xarici mətbuata istinadən məşhurların nişan üzüklərinin ağılasığmaz qiymətini təqdim edir.
1.Bred Pittlə uzun zamandır evil olan Ancelina Coli 2014-cü ildə 20 nəfər yaxınının iştirakı ilə evlənib. Ancelina Colinin təkqaş üzüyünün qiyməti 500 min dollardır.
2.46 yaşlı məşhur aktrisa Ketrin Zeta Cons 15 ildir aktyor, prodüser 71 yaşlı Maykl Duqlasla evlidir. Aktrisanın 10 karatlık təkqaşının qiyməti 1 milyon dollardır.
3.Bred Pittlə ayrıldıqdan sonra 2015-ci ildə Justin Therouxla evlənən aktrisa Cennifer Enistonun üzüyünün qiyməti 1 milyon dollardır.
4.Məşhur müğənni Cennifer Lopez də təkqaş üzüyünün qiyməti ilə gündəmdə olan məşhurlardandır.
İfaçı Ben Afflecklə nişan mərasimindən 1 milyon 200 min dollarlıq nüşan üzüyünə, Mark Entoni ilə evliliyindən isə 4 milyon dollarlıq təkqaşa sahibdir.
5.Məşhur müğənni Beyons və reper Ceyzinin evlilkiləri haqqında çox danışılır. Beyonsun təkqaşının dəyəri 5 milyon dollardır.
Rəqsanə