Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə Atlantik okeanında gəmi ilə səyahətə çıxıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti sosial şəbəkədə fotolarını paylaşaraq “Dənizi, təbiəti çox sevirəm! Dənizə baxmaqdan, səsinə qulaq asmaqdan doymuram! Dənizi insan xarakterinə bənzədirəm, bəzən təlatümlü olur, bəzən sakit. Hər saniyəmə görə, Allahıma milyon şükürlər olsun. Hər kəsin problemi var, problemsiz həyat olmaz! Gəlin hər zaman yaxşı düşünək! Gözlərimiz heç vaxt acı görməsin!” şərhini yazıb.
Xalq artisti bir müddət əvvəl Nyu-York və Bermuda adalarında istirahət edib.
Rəqsanə