18 Avqust 2016 16:57
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üzr istəməyincə o insandan əl çəkməyəcəm”.

Bunu əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovla olan məhkəmə çəkişməsindən Teleqraf.com-a danışarkən deyib.

O bildirib ki, məhkəmənin təyin etdiyi 1000 manat təzminat ödənilib: “Məhkəmənin qərarı ilə Kərim mənə 1000 manat ödədi. İndi qalıb üzr istəmək. Üzr istəməyincə o insandan əl çəkməyəcəm. İş hazırda icradadır”.

Aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. Müğənni sosial şəbəkədə aktrisanın ünvanına təhqirlər yazdı, qarşılığında Mehriban Xanlarova şərəf və ləyaqətini alçatdığı üçün Kərimi məhkəməyə verdi. Daha sonra Kərim də aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırdı və məhkəməyə müraciət etdi.

Məhkəmə Kərim Abbasova aktrisaya 1000 manat təzminat ödəmək və ondan üzr istəməklə bağlı qərar çıxardı.

Pərvin


Müəllif:

Oxşar xəbərlər