Bir müddətdir evlənəcəyi iddiaları ilə yenidən gündəmə gələn "İmparator" ləqəbli müğənni İbrahim Tatlıses sosial media hesabında paylaşdığı fotolarla da diqqət mərkəzində qalmağı bacarır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusilə Cümə günlərində dini tərkbli paylaşımlar edən Tatlısəs, bu gün də ənənəsinə sadiq qalıb. Müğənni Məkkədə yaşayan bir fanatının ona montaj edərək göndərdiyi fotosunu paylaşaraq bu qeydi yazıb: "Mübarək Cümə gününüzü təbrik edir, xeyirlərə vəsilə olmasını diləyirəm. Bir diləyim var, Uca Yaradan mənə Kəbənin divarlarına əl sürtməyi nəsib etsin inşAllah. Amin".