Türkiyədə yaşayan azərbaycanlı model Könül Əzizova “Love harmony” adlı yeni fotolayihəsini təqdim edib.
Teleqraf.com-un məlumatına görə, şəkillərdə o, iki obrazda görünüb. Çəkilişlər Bakıda reallaşıb.
Könül Əzizovanın sözlərinə görə, fotoların maraqlı alınması üçün onlar qürubun enməsini gözləyiblər. Saatlarla davam edən hazırlıqdan sonra istədikləri nəticəni əldə ediblər.
Yaxın vaxtlarda Könül Əzizovanın növbəti foto layihəsi təqdim olunacaq.
Pərvin