Amerikalı məşhur aktrisa və model Ceym Kinq “ən yaxın dostum” dediyi müğənni Teylor Sviftə açıq məktub yazıb.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, ikinci oğlu doğuşdan ürək xəstəsi olan aktrisa məktubunda övladının həyatını rəfiqəsinin xilas etdiyini qeyd edib: “Teylor dünyada ən fədakar insanlardan biridir. Bunu çox adam bilmir, çünki o, etdiyi yaxşılıqları sakitcə edir. Bir müddət əvvəl oğluma təhlükəli xəstəlik diaqnozu qoyuldu və qorxunc bir ürək əməliyyatı keçirdi. Özümüzü çox pis hiss edirdik. Teylor oğlumun ad günündə xəstəxananın hesabına xeyli miqdarda pul köçürdü və oğlumun həyatını xilas elədi. Bu, həm bizim, həm də bu xəstəliklə mübarizə aparan hər kəs üçün böyük hədiyyəydir”.
Sevinc