8 Sentyabr 2016 18:30
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli musiqiçi Caner Tepecik müğənni Rəqsanə İsmayılovadan şikayətlənib.

Musiqiçi Rəqsanə İsmayılovanın dörd mahnısını oranjeman etdiyini və müğənninin ona 16 min dollar borclu olduğunu deyib. Caner müğənni tərəfindən hədə-qorxuya məruz qaldığını da iddia edib.

Məsələ ilə bağlı Teleqraf.com ifaçının mətbuat katibi Nara Əliyeva ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında sualımızı cavablandırmaq istəmədiyini və sonra əlaqə saxlamağımızı xahiş edib.

Caner Tepeciyin ifaçı ilə işbirliyində vasitəçi olan bəstəkar-müğənni Hacı Nazim məsələyə aydınlıq gətirib: “Bir çox müğənniylə dostluq edirəm. Rəqsanə də mənə müraciət edəndə Canerlə iş birliyinə kömək etdim. Rəqsanənin adından xahiş etmişəm. Rəqsanə xanım pulunu ödəyə bilməyib. Caner onun 4 mahnısını oranjeman edib. Yəqin həll edərlər. Bu məsələdə vasitəçi olduğuma görə narahatam. Caner mənə dəfələrlə deyib ki, səfirliyə müraciət edəcək. Dedim ayıbdır, hər üçümüz çörək kəsmişik. Rəqsanə özü də Canerin zənglərinə cavab verirdi, sadəcə, ortada pul yox idi. Caner pulunu istəyir, haqqını tələb edir. Burada mənim rolum vasitəçilikdir.

Rəqsanə xanım da qadındır. Bəzən dostluq da, çörək də yaddan çıxır. Caner bir az dilimizi yaxşı başa düşmür. Rəqsanənin göndərdiyi səs yazılarını ona göndərirdim ki, çox əsəbiləşib. O dilimizi başa düşmədiyi üçün sual verirdi ki, məni təhqir edir?

Məndə səs yazıları var. Sadəcə olaraq, bu bizə yaraşan məsələ deyil. Caner bildiyini başa düşdüyü şəkildə deyib. Kim-kimi hədələyir, onu Allah və hüquqlarımızı qoruyan dövlət orqanları yaxşı bilir. Hüquqlarımızı qoruyan dövlət orqanlarımız var. Caner və mən günahsızıq, onun işini görmüşük. Həm suçlu, həm güclü olmaq olmaz. Hər birimiz bərkdən danışmağı bacarırıq. Amma nəticədə kim düzdür, onu Allah da, hüquq-mühafizə orqanları da bilir. Ona görə də bu məsələni çox qabartmıram”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər