Türkiyəli məşhurlar Qurban bayramında müxtəlif məkanlarda konsertlər verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, onlar oxuduqları mahnılar, göstərdikləri şoularla yanaşı, geyindikləri cəsarətli libaslarla da yadda qalıblar.
Kıbrısda səhnəyə çıxan Hadise qara sinə dekolteli və uzun yarıqlı libasdan istifadə edib. 2 min insanın qatıldığı gecədə Hadise cəsarətli şou da nümayiş etdirib.
Gülben Ergen otellərin birində konsert verib. İfaçı tədbirə qırmızı qısa paltar geyinib.
Ajda Pekkan Kıbrısda otellərin birində səhnəyə çıxıb və Nur Yerlitaşın hazırladığı libası geyinib.
Klubda çıxış edən Bengü göbəyi açıq libas seçib. Sualları cavablandıran sənətçi özünə güvəndiyini bildirib.
Hande Yener Bodrumda sahibi olduğu Sebastian beach"də səhnəyə çıxıb. Sənətçi qara tül libas seçib.