21 Sentyabr 2016 10:14
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Ancelina Coli Bred Pitt cütlüyünün boşanmasının əsl səbəbi üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, tanınmış maqazin jurnalı TMZ-in məlumatına görə, cütlüyün boşanmasına səbəb fransız aktrisa Marion Kotillarddır. 41 yaşlı Coli 52 yaşlı həyat yoldaşı Bred Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. Aktrisa Pittdən 6 övladı üçün aliment tələb edib.

Qeyd edək ki, bir müddət öncə mətbuat Pittin Colini Marion Kotillardla aldatdığı barədə xəbərlər yaymışdı.
Pitt və Kotillard “Allied” filmində baş rolu paylaşıblar. Film noyabrda ictimaiyyətə təqdim olunacaq. 1942-ci illərdən bəhs edən filmdə iki aktyor bir alman rəsminin öldürülməsi üçün tutulan sui-qəsdçi rolunu oynayır. Bir-birinə aşiq olan cütlük filmin sonunda evlənir.


Müəllif: