ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab vəkilləri vasitəsi ilə verdiyi bəyanatda müğənni Ebru Gündeş ilə boşanacağını açıqlayıb.
Teleqraf.com avropa.info-ya istinadən xəbər verir ki, Zərrab boşanma təklifinin Ebru Gündəşdən gəldiyini və çətin də olsa bu təklifi qəbul etdiyini bildirib.
Qeyd edək ki, Rza Zərrab 17-25 dekabr çevriliş cəhdləri zamanı həbs edilmiş və 70 gün məhbus həyatından sonra sərbəst buraxılmışdı. Zərrab 19 mart 2016-ci il tarixində ABŞ-da FBİ tərəfindən Mayamidə həbs olunub.