26 Sentyabr 2016 10:36
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış müğənnilərə “Bu gün ölkəmizdə keçirilən referendumu dəstəkləyirsinizmi?” sualı ilə müraciət edib.

Səslənən fikirləri təqdim edirik:

Elçin Cəfərov: “Təbii ki, referendum keçirilməsini dəstəkləyirəm. Səsvermədə böyük məmnuniyyətlə iştirak edəcəm”.

Samir Bayramlı: "Ölkəmizdə keçiriləcən referenduma münasibətim çox yaxşıdır. Ümumiyyətlə, bütün seçkilərə gedirəm. İnsanlar getməli və öz fikirlərini bildirməlidir. Prezidentimi dəstəkləyənlər, sevənlər sırasındayam”.

Günay İbrahimova: “Referendumu dəstəkləyirəm. İnanıram ki, referendum ölkəmiz üçün faydalı olacaq”.

Elton Hüseynəliyev: "Yeni Azərbaycan Partiyasının Rəyasət Heyətinin üzvüyəm. Dövlətimizi, başçımızı sevirəm. Referendum Azərbaycanın xeyrinədir. Bizim istədiyimiz odur ki, xalqımız əmin-aman, firavan yaşasın və biz də baxıb sevinək. Biz musiqiçilər də sakitlik olmasını istəyirik”.

Ayaz Qasımov: “Biz də dövlətimizin, insanların xeyrinə olan hər dəyişikliyi dstəkləyirik. Dövlət rəsmilərinə uğurlar arzu edirəm”.

Nazpəri Dostəliyeva da mətbuata açıqlamasında referendumun keçirilməsini dəstəkləyənlər sırasında olduğunu deyib: “Yalnız özüm yox, bütün ailə üzvlərimlə birlikdə iştirak edəcəm. Dövlətini, dövlətçiliyini sevən bir vətəndaş kimi cənab Prezidentin Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı verdiyi təklifi dəstəkləyirəm. Hesab edirəm ki, ölkə başçısının verdiyi bu təklif cənab Prezidentin uzaqgörən siyasətidir, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə hesablanmış addımdır. Sentyabrın 26-da keçiriləcək referendumla bağlı bütün sevənlərimə üz tutub onları ümumxalq səsverməsində aktiv iştirak etməyə səsləyir, Azərbaycanımızın gözəl gələcəyi naminə dövlət başçımızı dəstəkləməyə çağırıram”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər