28 Sentyabr 2016 17:14
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrda mərhum aktrisa Gülnar Salmanovanın xatirəsi yad olunub.

Teleqraf.com xəbər verir ki, “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunub.

Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barədə danışıb. O bildirib ki, əslində, “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar xanım canlandırmalıydı: “Çox təəssüf ki, vaxtsız ölüm buna imkan vermədi. “Baladadaşın toy hamamı” tamaşasının bugünkü nümayişinin Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunmasının səbəbi də məhz budur”.

Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru Cənnət Səlimovadır. Rolları Ramiz Məmmədov, Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova və başqaları ifa ediblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər