Məşhur pop ulduz Madonna Demokratlar partiyasının prezidentliyə namizədi Hillari Klinton üçün soyunub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə bildirib.
O, feysbuk səhifəsində Amerika bayrağının şəklini də qoyub və hər kəsi seçkilərdə fəal iştiraka çağırıb.
"Keti Perri ilə birlikdə Hillari Klinton üçün soyunacağıq. Ona səs verək. O, əlimizdəkilərdən ən yaxşısıdır".
Qeyd edək ki, Keti Perri Hillari Klintona dəstək olaraq soyunaraq seçki reklamına çəkilib.