Ötən gün restoran açılışında idmançı Kamil Zeynallı stilist Samir Əliyevi (Samiraldonu) təhqir edərək onun tədbirdə iştirakına mane olub. Mətbuatda yayılan xəbərə görə, Kamil Zeynallı məclisdə yalnız kişilərin iştirak edə biləcəyini deyərək stilisti təhqir edib.
Samiraldo Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib: “İnsan ağlını itirməsin. Mən Kamildən neçə yaş böyüyəm. Onun səviyyəsində deyiləm. Heç vaxt əlimə mikrofon alıb, heç kimi küçə söyüşləri ilə təhqir etmərəm. O etdi və qanun qarşısında cavab verəcək.
Kamili tanımıram. Sadəcə, üç il əvvəl mənimlə şəkil çəkdirdi və dedi ki, mən sənin fanatınam. Bu insanla oturub-durmamışam. O idmançı, mən stilist. Başımı aşağı salıb, tədbirlərə gedirəm. Bu söz-söhbət mənə lazım idi? Dünənki açılış burnumdan gəldi. Məkanı dağıtdı, sındırdı, söyüş söydü. Oraya mənə hörmət edib, dəvət ediblər. Sən niyə məni təhqir edib, köməkçimə əl-qol atırsan? Kim sənə ixtiyar verib? Dünya dərəbəylikdir? O qudurubsa, dövlətimiz onu cəzalandıracaq. Onun balasına və həyat yoldaşına böyük hörmətim olduğu üçün hüquq mühafizə orqanlarına müraciət etməmişəm. Amma köməkçim hüquq mühafizə orqanlarına müraciət edib”.
Rəqsanə