9 Oktyabr 2016 10:15
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş rollarda Halit Ergenç, Bergüzar Korel və Onur Saylakın çəkildiyi “Vatanım sensin” serialı yaxın günlərdə “Kanal D”də başlayacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq serialın ilk anonsu efirə gedib.

Ekran işində 1900-cü illərdə Türkiyədə baş verən siyasi hadisələr göstəriləcək. Çəkilişlər İstanbul, İzmit, Ayvalık və İzmirdə aparılır.

Qeyd edək ki, B.Korel və H.Ergenç 10 ildən sonra ilk dəfə eyni serialda rol alır. Cütlük ilk dəfə “Min bir gecə” serialında tərəf müqabili olmuş, daha sonra ailə qurmuşdular.


Müəllif:

Oxşar xəbərlər