Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Ezo Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Ezo “Nəsib olsa” verilişinin qonağı olub. 9 ildir Türkiyədə yaşayan Ezo adı haqqında maraqlı açıqlama verib: “Atamın sevdiyi xanımın adı Ezo olub. Ona görə də uşaqlıqdan mənə Ezo deyib. Anam bu haqda bilmirdi. Məni biabır etdiniz”.
Ezo uşaqlıq sevgisindən də danışıb: “İlk dəfə sevəndə uşaq idim. Bu hissləri hər birimiz yaşamışıq. Ona zəng etməyə cəsarət etmirdim”.
Aparıcı Nəsib Nurun bəlkə sevdiyin şəxsin adını açıqlayasan sualına isə ifaçı “Keçmişi keçmişdə buraxıram” deyə cavab verib.
Ezo Nəsib Nurun “Sevgi etirafları çox olurmu?” sualına da özünəməxsus cavab verib: “Mütləq. Həyatımızda kimisə sevməyimizə, kiminsə həyatımızda olmasına gərək yoxdur. Dostlarımı, rəfiqələrimi çox sevirəm. Mənim dostlarım pis və yaxşı günlərimin dostlarıdır. Hər zaman yanımda olduqları üçün çox şanslıyam”.
Ezo filmə çəkiləcəyini də deyib: “Musiqi ilə məşğul olduğum üçün seriallara çəkilmək çətindir. Amma gələn il ilk türk pilotunun həyatından bəhs edən filmə çəkiləcəm. Hazırlıqlar başlayacaq”.
Rəqsanə