Müğənni Mətanət Əsədova internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş “Nida”çı Elsevər Mürsəllinin həbsindən danışıb.
Müğənni Teleqraf.com-a açıqlamasında Elsevər Mürsəllinin onu təhqir etməyə haqqı olmadığını deyib: “Mənim təcrübəm qədər o uşağın yaşı yoxdur. 30 ildir oxuyuram. Heç kimin məni təhqir etməyə ixtiyarı yoxdur. Bu günə qədər efirdə çıxıb heç kimi təhqir etməmişəm, şəxsi mənafeyinə toxunacaq söz deməmişəm. Buna ixtiyarım da yoxdur. Hamının özünə görə keçmişi var. Südəmər uşaqsan, hərəkətinə görə utanmırsan? Məni tanımırsan və bilmirsən kiməm, həyatda necə insanam, təhqir edirsən. Sənə kim ixtiyar verib ki, Azərbaycan incəsənətində olan böyük sənətkarı təhqir edirsən. Sonu da belə oldu. Bir sözü deyirəmsə, edirəm. Bu gündən sonra da sosial şəbəkələrdə, efirlərdə kimsə haqqımda artıq danışsa, sonu belə olacaq”.
Rəqsanə