Müğənni Sevda Sanalıyevanın həyat yoldaşı Cəmilin keçmiş qayınanası mətbuata açıqlama verib.
Cəmilin keçmiş həyat yoldaşı Lalənin anası Gülənbər xanım big.az-a açıqlamasında qızının 10 illik ailəsinin dağılmasında Sanalıyevanı günahlandırıb.
Sevda Sanalıyeva Teleqraf.com-a açıqlamasında şəxsi həyatı haqqında danışmaq istəmədiyini deyib: “Bu haqda danışmaq istəmirəm. Şəxsi həyat özəldir. Özümü açıqlama vermək məcburiyyətində hiss etmirəm. Başa düşün”.
Rəqsanə