Avstraliyalı supermodel Miranda Kerr ikinci dəfə ana olmağa hazırlaşır.
Axşam.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Miranda ötən ildən görüşdüyü biznesmen sevgilisi Even Şpigel ilə münasibətləri ciddiləşdirmək və ondan övlad dünyaya gətirmək istəyir.
"Bu ilin yayında Even mənə evlilik təklifi etdi və mən də "hə" dedim. Artıq toy hazırlıqlarına başlamışıq. Mənim bir oğlum var, amma mən daha bir övlad dünyaya gətirmək istəyirəm", - deyə Kerr bildirib.