İki il əvvəl intihar edən məşhur Hollivud aktyoru Robin Uilyamsın ölüm səbəbi açıqlanıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Robin Uilyamsın həyat yoldaşı Susan Uilyams aktyorun intihar səbəbinin depressiya olmadığını açıqlayıb. O, 2014-cü ildə intihar edən aktyorun Parkinson xəstəliyi ilə mübarizə apardığını deyib. Bu xəstəlik nəticəsində beyində həddindən artıq zülal saxlanılır və bu da insanın davranışlarının, ruh halının və hərəkətlərinin dəyişməsi şəklində özünü göstərir.
Susan Uilyams həyat yoldaşında hər hansı narahatlıq hiss etməyib: “Altı il idi ki, Robinlə ailəli idik, amma onda 2013-cü ilə qədər qorxu və narahatlıq hiss etmədim. Sonra xəstəliklə bağlı qorxu hissi davamlı hala gəldi”.
Rəqsanə