Prodüser Tarix (Tolik) Əliyev sosial şəbəkədə azərbaycanlı iş adamı Telman İsmayılov haqqında yazıb.
Teleqraf.com xəbər verir ki, Tarix Əliyev sosial şəbəkədə Telman İsmayılovun “Mardan Palace” adlı otelini geri alması ilə bağlı xəbərə sevindiyini deyib: “Xaricdə yaşayan azərbaycanlıların adları varlılar sıyahısında çəkiləndə fəxr edirəm. Bilirsiniz niyə? Çünki onlar demir ki, mən rus, türk, fransızam. Onlar deyir mən azərbaycanlıyam. Məncə, buna sevinmək lazımdır. Amerikada taksi sürücüsündən soruşdum ki, Azərbaycanı tanıyırsan? Dedi tanımıram.
Mən istəyirəm ki, Azərbaycandan kənarda yaşayan iş adamlarının Allah başından töksün. Moskvada ən elit məkanın sahibi Azərbaycanlıdır”.
Qeyd edək ki, “Xalq Bank” və “Garanti Bank” arasında yaranan borc qalmaqalından sonra hər iki bank “Mardan Palace” otelinin satışa çıxarılmasını tələb edib. Ancaq məhkəmənin qərarı ilə tenderin nəticələri ləğv edilib.
Rəqsanə