Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılova brilliant daşlarla bəzədilmiş üzük hədiyyə edilib.
Teleqraf.com xəbər verir ki, aktyor bu barədə sosial media hesabında məlumat verib. O “Müfəttiş” tamaşasının nümayişindən sonra ona təqdim olunan hədiyyələri instaqram hesabında paylaşıb: “Bizim “Müfəttiş” tamaşasından sonra verilən hədiyyə. Brilliant daşlarla bəzədilmiş üzük. Düzünü desəm, bu hədiyyəni tanımadığım bir tamaşaçı başqa tamaşaçı ilə səhnəyə göndərib. Tanımasam da sağ olsunlar. Bu, böyük diqqət və hörmətdir. Əgər profilimi izləyirsinizsə, sizə burdan xüsusi təşəkkürümü bildirirəm, məni və sənətimi qiymətləndirən anonim tamaşaçı”.
Pərvin