21 Noyabr 2016 12:59
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva xəstəxanaya yerləşdirilib.

Elmira Əliyeva Teleqraf.com-a açıqlamasında səhhətinin pisləşdiyini deyib. O, göz yaşları içində kömək istəyib: “Xəstəxanadayam. Öz dərmanlarımı xəstəxanaya gətirmişəm. Sistem köçürülür. Həkimlər çox sağ olsun, kömək edirlər. Amma maliyyə ilə bağlı heç kimdən kömək yoxdur. Ciyərlərimə su yığılıb. Ürək çatışmazlığından əziyyət çəkirəm. Ayağım şişib. Heç kim kömək eləmir. Gözlərim də görmür. Dedilər Xoşqədəm Hidayətqızının həkimi gözlərini əməliyyat edəcək. Amma həkimlər icazə vermirlər ki, belə vəziyyətdə göz əməliyyatı etdirə bilməzsən. İmkanım yoxdur. Dövlətimdən kömək istəyirəm. 50 il sənətimə can qoymuşam. Evim də başıma tökülür.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər