Bu gün gürcü əsilli müğənni Soso Pavliaşvili Heydər Əliyev Sarayında konsert verəcək.
Teleqraf.com xəbər verir ki, Soso Pavliaşvili məşhur müğənni-bəstəkar Emin Ağalarov və Keti Topurya ilə Bakıya gəlib. Bu haqda Emin Ağalarov instaqramda xəbər verib. O, sosial şəbəkədə foto paylaşaraq “Doğma Bakı, sarayda görüşənədək” yazıb.
Soso Pavliaşvilinin konsertdən əldə etdiyi gəlir xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara təqdim olunacaq.
Rəqsanə