ATV-də yayımlanan "Eşkıya dünyaya hükümdar olmaz" serialının yeni seriyasının tarixi bəlli olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, üç həftədir yayımlanmayan ekran işinin rəsmi İnstaqram səhifəsində bununla bağlı açıqlama verilib.
Belə ki, 54-cü seriya yanvarın 24-də ATV-də yayımlanacaq.
Qeyd edək ki, tətilin bu qədər davam etməsi serialı çəkən şirkətlə telekanal arasında anlaşılmazlığın olması ilə əlaqələndirilirdi. Hətta ekran işinin başqa telekanala keçəcəyi deyilirdi.