Tanınmışların çoxu həyat yoldaşlarını mətbuatdan uzaq tutur, tədbirlərə onlarsız qatılırlar.
Teleqraf.com bununla bağlı balaca bir araşdırma aparıb.
"Asan Radio"nun rəhbəri Emin Musəvi Lamiyə adlı xanımla evlidir. Cütlüyün iki qızı var. O, şəxsi həyatının mətbuatda işıqlandırılmasını istəməyən məşhurlar sırasındadır: "Şəxsi həyatım özəldir, mənə aiddir. Amma tədbirlərdə fotolarımız çəkilən zaman mane olmuram".
Azərbaycan Dövlət Filarmoniyasının rəhbəri Murad Adıgözəlzadə "Eurovision 2010" təmsilçimiz Aysel Teymurzadə ilə evlidir. Yalnız tədbirlərdə gördüyümüz ikili mətbuatdan uzaq gəzirlər. Cütlüyün iki övladı var. Aysel Teymurzadə evləndikdən sonra sənətdən tamamilə uzaqlaşıb.
"Xəzər FM"in rəhbəri Nəsib Nur Pərvanə adlı xanımla evlidir. Nəsib Nur həyat yoldaşını mətbuatdan uzaq tutmağa çalışsa da, bəzən tədbirlərə onunla birlikdə qatılır. Cütlüyün bir qızı, bir oğlu var. Pərvanə xanım müğənni Səidə Sultanın bacısıdır.
"Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanov keçmiş model Nigar Əliyeva ilə evlidir. Həyat yoldaşını mətbuatdan uzaq tutan Tahir İmanov və xanımı ara-sıra tədbirlərdə görüntülənən cütlüklər sırasındadır. Ancaq o, çox vaxt fotolarının çəkilməsinə etiraz edir.
KVN komandasının keçmiş üzvü, aktyor Cabir İmanov Zara İmanova adlı xanımla evlidir. Aktyorun ikinci evliliyidir. Birinci nikahından iki qızı var.
Xalq artisti Fəxrəddin Manafov bu məsələdə ən mühafizəkar aktyordur. O, heç zaman həyat yoldaşı Vahidə Sadıqova ilə birlikdə görüntülənməyib. Vahidə xanım uzun illər Azərbaycan Dövlət Televiziyasında diktor işləyib.
Şoumen Murad Dadaşov Aytən adlı xanımla evlidir. Kamal, Ziya və Əli adlı üç oğlu var. Cütlük bəzən konsertlərdə kameralara tuş gəlirlər.
Əməkdar artist Bəhram Bağırzadə Şəhla adlı xanımla evlidir. Şəhla xanım ixtisasca uşaq nevropotoloqudur. Cütlüyün Tahirə və Cavid adlı övladları var. O da digər həmkarı kimi ailəsini mətbuatdan uzaq tutur.
Aktyor Coşqun Rəhimov da həyat yoldaşıyla tədbirlərə qatılmayan tanınmışlar cərgəsindədir.
Aparıcı Firəngiz (Fira) Cəlilova da ailəsini mətbuatdan uzaq tutur: “Həyat yoldaşım dövlət işində işləyir. Hətta sosial şəbəkədə birlikdə foto paylaşarkən üzünü gizlədirəm”.
Rəqsanə