Müğənni Mustafa Sandal xanımı Əmina Sandalın yanında pərt olub.
Teleqraf.com xəbər verir ki,ə evlilik ildönümünü qeyd edən cütlük restorandan çıxan zaman paparazzilərin kameralarına tuş gəlib.
Mustafa jurnalistlərin "Neçənci ildönümünüzü qeyd edirsiniz" sualına cavab verə bilməyib. Həyat yoldaşının pərt olduğu görən Əmina suala özü cavab verib. O, "9 il oldu" deyib.
İfaçı isə sükutuna belə açıqlama gətirib:
"İlk tanışlıq tarixindən etibarən hesablamağa başladım. Mənim üçün ilk gün önəmlidir".