Star TV-də yayımlanan “Zuhal Topalla evlənmə” verilişində iştirak edən azərbaycanlı qız Esmira proqramdan qovulmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Esmira kanaldan öz istəyi ilə çıxdığını deyib: “Verilişdən özüm ayrıldım, qovulmadım. Reytinqli bir xanım olduğum üçün verilişdə iştirak etməyimi istədilər. Ona görə də hər zaman lojada əyləşdirirdilər. Ən çox namizəd gələn xanımlardan biri idim. Amma namizədlərimi başqa qızlara çıxarırdılar.
Ona görə də kanalla iş birliyimə son qoydum. Mən əsla insanlara yuxarıdan aşağı baxmıram. Amma mənə elə namizədlər çıxarırdılar ki, xoş qarşılayıb, xoş da yola salırdım. Kanalla müqavilə bağlanır. Öz istəyimizlə kanala gedirik və çıxırıq”.
Rəqsanə