"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı xalq artisti Briliant Dadaşova olub.
Axşam.az-ın məlumatına görə, müğənni oğlu Cahaddan danışıb.
O bildirib ki, övladı ilə evə gec gəlməsi üstündə həmişə mübahisə edir: "Vaxtında evə gəlmək məsələsi bizim böyük bir problemimizdir. Atası zəng edir həmişə soruşur, səhərə qədər onunla maraqlanır. Onu nəzarət altında saxlayır. Türkiyə ilə də saat fərqimiz var deyə çətin olur. Onsuz da oğlumun getdiyi elə bir yer yoxdur. Kinoya, gəzməyə gedə bilər. Çox danışmaq istəmirəm yoxsa, mənə zəng edib deyəcək ki, məndən özünə reytinq düzəltmə. Yalandan orada məndən danışıb ağlayırsan da hələ. Deyirəm ki, ay köpək oğlu, niyə yalandan ağlayım? Darıxıram deyə ağlayıram. Tez-tez görüşürük. Evə girən kimi mənə deyir ki, səni dünən yola salmadım? Başa salıram ki, 1 aydı getdiyim, deyir, yox elə bilirəm dünən getmisən. Üzümə deyir ki, burdan çamadanlarını yığıb göndərirəm, pəncərədən gəlirsən. Otur Bakıdakı evində".