2 Fevral 2017 13:01
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağanatiq” filminin qala gecəsinə qatılan ayrılmaz üçlük – Samirə Allahverdiyeva, modelyer Gülnarə Xəlilova və əməkdar artist Tünzalə Ağayevanın soyuq münasibəti diqqət çəkib.

Təqdimata Elnarə Xəlilova ilə gələn Samirə Allahverdiyeva Teleqraf.com-a açıqlamasında münasibətlərinə belə aydınlıq gətirib: “Heç kimlə küsülü deyiləm. Hər şey yaxşıdır. Bir az əvvəl Gülnarə və Tünzalə xanımla da salamlaşdım. Bu gün filmi Elnarəylə izləyirəm. Ola bilər ki, bundan sonra onunla görüşə bilmədim. Deyəcəklər Elnarə ilə Samirə küsdü? Tünzalənin və mənim öz işlərimiz var. Vaxt az olduğuna görə görüşə bilmirik. Mən heç Gülnarə ilə də görüşə bilmirəm. Amma o, mənim canım-ciyərimdir. Ancaq telefonla danışıram. Bir müddət əvvəl Röyayla da küsülü olduğum haqqında şayiələr yayılmışdı”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər