5 Fevral 2017 15:35
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

"10 il atasız böyümüşəm. 8 yaşımdan 15-dək uşaqlıq etməliydim, etməmişəm. Uşaqlıqdan toylardan pul qazanmışam. Həvəsim futbolçu olmaq olub, amma atdım kənara".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Lider maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra hər addımını qızlarını düşünərək atacaq:

"Bu gündən sonra planla yaşayıram. Həyatda səhv edə bilərəm, amma ailəmə yox. Hər şeyi qızlarım üçün edirəm. Bu günə kimi təbii yaşamışam. Əsas odur ki, ürəyimdə paxıllıq olmayıb. Kiməsə deməmişəm ki, filankəs pisdi, toya dəvət etməyin. Məktəb keçmişəm, toylarda püxtələşmişəm. Bu gün yaşıdlarımdan fərqlənirəm".


Müəllif:

Oxşar xəbərlər