Əməkdar artist Firuzə İbadova Gənc Tamaşaçılar Teatrında yaşlı sənətkarların yarımştata keçirilməsi ilə bağlı qərarına etiraz edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb: “Biz mədəniyyət işçiləri sizinləyik. Çünki mədəniyyət sahəsinin insanlarının hüquqlarını qorumaq lazımdır. Onlar ustad sənətkarlar, müəllimlərdir. Cavanlar isə hələ o qədər də təcrübəli deyil. Bu, kimin ideyasıdır, deyə bilmərəm. Amma çox yanlış ideyadır, Azərbaycan mədəniyyətinə zərbə vurmaqdır.
Bəsdirin, bu qədər yetər, özünüz niyə kreslodan yapışıb qalmısınız. Hərənizin min yaşınız var. Sənətkarların yaşı isə yoxdur, çünki onlar əbədi yaşardırlar”
Pərvin