8 Fevral 2017 10:54
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sezen Aksu həmkarı Seda Sayanın kirayə pulunu ala bilmədiyi üçün mülkündən qovduğu Mehmet Tuna adlı iş adamına öz mülkünü təklif edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə biznesmenin həyat yoldaşı məlumat verib.

"Sezen Aksu "Ona məkanmı yoxdur? Gəlib buranı işlətsin, təki yaxşı olsun. 5 qəpik də pul istəmirəm" dedi. Mehmet xəstəxanaya düşdüyü andan hər gün zəng edib soruşur".

Qeyd edək ki, iş adamı M.Tuna xəstəxanaya düşdüyü üçün uzun müddət kirayə haqqını ödəyə bilmədiyindən S.Sayan onu məhkəməyə verərək məkanından qovdurmuş və 41 illik gecə klubunu da bağlatdırmışdı.


Müəllif:

Oxşar xəbərlər