Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi mərasimdə iştirak edib.
Teleqraf.com xəbər verir ki, o, mükafat alan şəxslərin adını açıqlayıb. Mükafata layiq görülənlər sırasında aktyor Kənan İşığın da adı olub.
Ərdoğan bildirib ki, aktyoru görmək üçün evinə gedəcək:
"Xəstələndiyi üçün müalicə olunan Kənan İşıqa teatr sahəsində mükafat verilib. Onu ziyarət edə bilmədiyim üçün özümü günahkar hiss edirəm. İnşallah aktyoru evində görməyə gedəcəyəm. Hələ də müalicəsi davam edən Kənan İşıq ölkəmizin teatr sahəsində yetişdirdiyi dünyaca məşhur olan simalarındandır. Sənətçimiz qazandığı mükafatlarla uğurlarının təsadüfi olmadığını sübut edib. Ən böyük təmənnamız onun yenidən ekranlara və səhnəyə qayıtmasıdır. Həyat yoldaşı Beril xanım onun qayğısına çox yaxşı qalır".