Britaniyalı aktrisa Emma Uotson geyiminə görə onu tənqid edənlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, aktrisa bununla bağlı "Independen" qəzetinə açıqlama verib.
Bir müddət öncə "Vanity Fair" jurnalında Uostonun dekolteli paltarı ilə fotosu yayımlanmışdı. Bəziləri onu bu geyiminə görə riakar, bəziləri isə feminizmdən uzaq şəxs kimi qeyd etmişdi.
Aktrisanın sözlərinə görə, feminiszim qadınlara seçim və bərabərlik hüququ verir: "Mən başa düşmürəm ki, mən sinəm ilə bunun nə əlaqəsi var. Bu çaşqınlıq yaradır".
Elvin