9 Mart 2017 12:29
3 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Vüsalə Əlizadə keçmiş həyat yoldaşı Azər İsmayılov haqqında ittihamlar səsləndirib.

Teleqraf.com xəbər verir ki, aparıcı intaqramda keçmiş həyat yoldaşının ünvanına bu sözləri yazıb: “Həyəcanımın həddi-hüdudu yoxdur. Balam ilk dəfə bağçada bayram tədbirində iştirak etdi. “Analar” gününə həsr olunduğu üçün həyacanlı idim. Valideyn kimi ilk dəfə Diləyimin uğuruna sevincdən ağlayırdım.

Mənim nəfəsim, son günümə qədər yanında, arxanda olacam. Allah bizi heç kimə möhtac etməsin, necə ki, indi hər şeyi təkbaşına edə bilirəm. Məni “Ana” edən Allahıma və sənə təşəkkür edirəm, Diləyim.

4 ildir ki, ana-bala əl-ələ verib yaşadıq, böyüdük, bundan sonrasından qorxum yoxdur.

Uşağa sevgi şəkillə, yalan oyunlarla, özünüreklam, artistliklə olmur. Onunla uşağın nə qarnı doyur, nə ruhu qidalanır. Özəl gündə yada salmayanlar, bir kağız parçasını, sənədi balasından əsirgəyən fırıldaqçılar var. Allah hər kəsi belə nankorlardan qorusun”.

Vüsalə Əlizadə və Azər İsmayılov 2013-cü ildə boşanıb. Cütlüyün Dilək adlı qızları var.

Aylin


Müəllif:

Oxşar xəbərlər