Teleqraf.com-un “Üçü birində” rubrikasının növbəti qonağı xalq artisti Nazpəri Dostəliyevadır.
Onun cavablarını təqdim edirik:
- Ən son oxuduğunuz kitab?
- Hazırda Fyodor Mixayloviç Dostoyevskinin “Cinayət və Cəza” romanını oxuyuram.
- İzlədiyiniz film?
- Bir neçə gün öncə 2002-ci ildə çəkilmiş “Pianoçu” filmini izləmişəm. Çox təsirlidir. Pianoçu Vladislav Şpilmanın 7 il ərzində yaşadığı hadisələr əsasında çəkilib.
- Ən son dinlədiyiniz musiqi?
- Akif İslamzadənin ifasında “Ala gözlüm” mahnısını dinləmişəm.
Rəqsanə