13 Aprel 2017 16:52
3 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə aparıcı Zaur Kamal “5/5” verilişinə dəvət etdiyi Xatirə İslamı pis vəziyyətə salıb. Aparıcı Xatirə İslama “Sarımsağı yeyib, efirə gəlib. Qoxusu məni boğdu. Efirə gələn sarımsaq yeyər? Qoxusu məni dəli edir” deyib.

Teleqraf.com müğənnilərə “Zaur Kamalın canlı yayımda Xatirə İslama sarımsaq yediyi və qoxu gəldiyini deməsini necə qarşılayırsınız?” sualı ilə müraciət edib.

Soğrunu təqdim edirik:

Əməkdar artist Elza Seyidcahan: “Hər zaman insanların içində oluruq. Hərdən şoraba belə yeyəndə qoxu gəlməməsinə çalışırıq. Müxtəlif ədviyyatlarla qoxunun qarşısını alırıq, mixəklə və s. Sarımsaq yeyən insanın nəfəsindən bilmək olur. İnsan sarımsağı yeyən zaman danışmır və yaxud da deyir ki, məni bağışlayın sarımsaq yemişəm. Efirdə Zaurun Xatirəyə sarımsaq yemisən deməsi düzgün deyil. Hər halda biz əməkdaşıq. Efirdə 50 milyon insana onu demək lazım deyil. Hərdən insanlar bir-birini o qədər sevir ki, ərklə istədiyi sözü deyir. Yəni ki, ondan istifadə edirlər”.

Müğənni Günay İbrahimli: “Hər kəsin özü bilər. Amma öncədən bilsəm ki, verilişə çıxacam, sarımsaq yemərəm. Elə anlar olur ki, ürəyin istəyir və bilmədən sarımsaq yeyirsən. Bu normal haldır. Amma aparıcı o sözləri mənə desəydi, yerində cavabını verərdim. Hər kəs özünə görə insanıdr. Olmaz. Yeyib yeyib də…”.

Müğənni Aysel Əlizadə: “Zaur mənə desəydi sarımsaq yeyib efirə gəlmisən, deyərdim ki, yaxşı eləmişəm. Amma Zaurla Xatirənin şəxsi mövzularına qarışa bilmərəm. Kim kiminlə necə danışır, münasibət saxlayır və s. mənlik deyil. Ümumiyyətlə, şəxsi münasibətlərə qarışmıram. Zaurdur da. Onda belə hallar olur. Hərdən elə söz deyir ki, heç nə deyə bilmirsən, ya da efir qarşısında susmaq məcburiyyətində qalırsan. Amma Zauru dost və aparıcı kimi çox istəyirəm”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər