“Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva Teleqraf.com-a müsahibə verib.
-Bir müddət əvvəl dieta saxlayırdınız. İstədiyiniz çəkini ata bildinizmi?
-Bəli, hazırda 63 kiloyam. Qəbul etdiyim qidalara xüsusi fikir verirəm, idmanla məşğul oluram. Düzgün qidalanmayanda idman belə arıqlamağa kömək eləmir.
-“Eurovision 2017” təmsilçimiz Diana Hacıyevanın müsabiqədə oxuyacağı “Skeletons" mahnısı xoşunuza gəlir?
-Öz sənətini, işini bilən bir xanımdır. Uşaqlıqdan oxuyur. Bu sahədə təcrübəsi var. “Eurovision” səhnəsində üç dəqiqəlik çıxış onun üçün heç nədir. Müsabiqənin öz formatı var və ona uyğun mahnıdır. Xarici mətbuatda da oxuyuram ki, mahnı dinləyicilərin xoşuna gəlir.
-Azərbaycanı ilk "onluq"da görürsünüzmü?
-“Eurovision” gözlənilməz nəticələri olan müsabiqədir. Hansı ölkənin birinci, yaxud ikinci olacağını öncədən bilmək olmur.
-Bildiyimizə görə toylara getmirsiniz. Həyat yoldaşınız icazə vermir?
-Elə deyil. Toya getməyin əleyhinə deyiləm, gedirəm də. Əgər bir insan məni şad günündə görmək istəyirsə, ona “yox”deməyə haqqım çatmır. Toya gedərkən heç bir şərtim olmur. Ümumiyyətlə, intriqalardan uzağam. İntriqalar kimə xeyir gətirib ki? Sülhsevər insanam.
-Bir müddət əvvəl həyat yoldaşınızdan ayrılmağınız haqqında xəbərlər yayıldı...
-Boş söhbətlər idi. Həyat yoldaşımdan ayrılmağım haqqında yayılan xəbərin niyə yarandığını və kim tərəfindən deyildiyini bilmirəm. Amma hər şey qaydasındadır.
Rəqsanə