8 May 2017 17:05
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti reanimasiyaya yerləşdirilib.

Bu barədə "Ölkə.Az"a sənətkarın əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:

"Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır".

Qeyd edək ki, Rafal Dadaşov 1946-cı ildə Bakıda anadan olub.

***

“Atamın vəziyyəti yaxşıdır, hər şey qaydasındadır. Reanimasiyada deyil”

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Rəfael Dadaşovun oğlu atasının reanimasiya yerləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

O, Rəfael Dadaşovun səhhətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, xalq artisti Rəfael Dadaşov reanimasiyaya yerləşdirilməsi barədə məlumatı aktyorun əmisi qızı, müğənni Lalə Dadaşova deyib:

Pərvin


Müəllif:

Oxşar xəbərlər