Bu sözləri Teleqraf.com-a açıqlamasında səhhətindəki ciddi problemlərlə əlaqədar səhnədən uzaq düşən və böyrək köçürülməsi əməliyyatı ilə yenidən həyata qayıdan Kukla Teatrının istedadlı aktyoru Rəhim Rəhimov deyib.
O bildirib ki, bir neçə aylıq fasilədən sonra "Zəng" tamaşası ilə tamaşaçıların görüşünə gələcək.
Rəhim Rəhimovun iştirakı ilə nümayiş ediləcək mono-tamaşa onun doğum gününə təsadüf edəcək: “Xoşbəxtəm ki, yenidən doğma teatrımda, sevimli səhnəmdəyəm”.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan tamaşa ailədə valideynlərə olan münasibətdən bəhs edir.