1 İyul 2017 02:13
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gün öncə ailə həyatı quran Burak Özçivitlə Fahriye Evcen həmkarları – Kadir Doğulu ilə Neslihan Atagülün izi ilə gedib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlük toy bitdikdən dərhal sonra bal ayı üçün Maldiv adalarına yollanıb.

Sosial şəbəkədə izləyicilər Burakla Fahriyenin özünü Neslihanla Kadirə bənzətməkdə günahlandırıb. Məsələ ondadır ki, Kadirlə Neslihan da keçən il evləndikdən sonra bal ayı üçün Maldiv adalarına üz tutmuşdu.

Xatırladaq ki, Fahriye Evcenin dünən birinci geydiyi gəlinliyi də Neslihanın öz toyu üçün seçdiyi paltarın oxşarı idi. Bundan başqa ulduz cütlüyün toyu bir çox cəhətdən bir-birinə bənzədilib.

Məlumat üçün bildirək ki, “Kara Sevda” serialında tərəf müqabili olan Burak Özçivitlə Neslihan Atagülün küsülü olduğu deyilir. Onların heç biri bir-birinin toy məclislərində iştirak etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər